0
Wednesday 20 January 2021 - 21:53

Bayden: Həqiqətləri təhrif etmə mədəniyyətindən imtina etməliyik!

Story Code : 911377
Bayden: Həqiqətləri təhrif etmə mədəniyyətindən imtina etməliyik!
ABŞ prezidenti Co Bayden bu gün andiçmə mərasimində ABŞ-ın 46-cı prezidenti olaraq ilk rəsmi çıxışı zamanı deyib: "Mənim bu seçkilərdəki qələbəm Amerikada demokratiyanın zəfəri idi. Bu gün Amerikanın, demokratiyanın günüdür. Bu gün ümid günüdür!"

Co Bayden Amerika xalqı arasında birlik yaradılmasına çalışacağını söyləyib. O bildirib ki, bu gün mövcud olan bir çox problemləri həll edərək ABŞ-ı bir daha dünya lideri etməyə çalışacaq.

Bayden Amerikada ağdərililərin üstün irq kimi tanıtdırılmasına, daxili terrorizmə toxunaraq bu problemləri həll edəcəyini söyləyib.

Bayden əlavə edib: "Biz həqiqətlərin təhrif olunması, saxtalaşdırılması mədəniyyətinə son qoymalıyıq!