0
Saturday 23 January 2021 - 13:12

Tramp səssizliyini pozdu: Zamanı gələndə bir şeylər edəcəyik!

Story Code : 911881
Tramp səssizliyini pozdu: Zamanı gələndə bir şeylər edəcəyik!
Sputnik-in verdiyi məlumata görə, Donald Tramp prezidentlik dönəmi bitdikdən və Vaşinqtonu tərk etikdən sonra ilk dəfə səssizliyini pozaraq, məşhur qırmızı papağını taxıb, müsahibə verib. Tramp Floridada "Washington Examiner" müxbiri ilə reportaj zamanı deyib: "Biz bir şeylər edəcəyik, amma hələ ki, bunun zamanı deyil!"

Bildirilir ki, Tramp Baydenin andiçmə mərasimindən sonra iki gün Florida ştatında qolf sahəsində vaxt keçirib. "Washington Examiner" müxbiri bu ərazidə sakitlik, durğunluq yaşandığını bildirib.

Trampın köməkçilərindən biri onun istirahət etməyə ehtiyacı olduğunu söyləyərək, ən azı bir ay qolfla başını qatacağını bildirmişdi.

Qeyd edək ki, Donald Trampın Senatdakı impiçment məhkəməsinin də artıq zamanı bəlli olub. Məhkəmə fevralın 8-də keçiriləcək.