0
Saturday 30 January 2021 - 01:23

Vaşinqton Post: “İran və Türkiyə PUA gücünə çevrildi”

Story Code : 913165
Vaşinqton Post: “İran və Türkiyə PUA gücünə çevrildi”
Deyerler.org xəbər verir ki, Vaşinqton Post sözügedən təhlilində yazıb ki, Tramp administrasiyası tərrəfindən İranın Qüds Qüvvələrinin komandiri şəhid general-leytenant Qasım Süleymaninin üçüncü ölkədə öldürülməsi, hədəfə alınan dron hücumlarının mümkün istifadəsi ilə bağlı beynəlxalq narahatlıqları artırıb.

Qəzetin yazdığına görə, ABŞ hökumətinin şəhid Hacı Qasım Süleymaninin terror edilməsinə səbəb olan pilotsuz təyyarə zərbəsi təkcə üçüncü bir ölkənin ərazi suverenliyinin pozulması deyil, eyni zamanda başqa bir ölkəni hədəfə alan dronların ilk istifadəsi olduğunu qeyd edib.

Vaşinqton Post qəzetinin yazdığına görə, Trampdan əvvəl Barak Obama silahlıları və terrorçuları hədəfə almaq üçün pilotsuz təyyarələrin hücumlarından istifadə edib.

“ABŞ və digər hərbi səlahiyyətlilərin, ölkələrin Tramp administrasiyasının əsaslarını gələcəkdə də oxşar hücumlar üçün bəhanə ola biləcəyi xəbərdarlığına baxmayaraq, Trampın qanuni əsaslandırması ilə hökumət rəsmiləri hücumların qanuni hədəfinə çevrildi”, - deyə qəzet yazıb.

Vaşinqton Post İran və Türkiyəni “PUA gücləri” olaraq xarakterizə edib və İran haqqında bunları yazıb: “İranın PUA proqramı qabaqcıl yerli pilotsuz təyyarələrlə təkmilləşdirilib və İran bu PUA-ları ilə bölgədəki müttəfiqlərini təmin edir”.

Vaşinqton Post Türkiyənin gücünü və etibarını göstərmək üçün PUA sistemlərindən istifadə edərək, ən tanınmış PUA ölkələrindən birinə çevrildiyini yazıb.