0
Thursday 4 February 2021 - 09:50

Baydendən Ərdoğana ilk mesaj: “Yaxın günlərdə...”

Story Code : 914260
Baydendən Ərdoğana ilk mesaj: “Yaxın günlərdə...”
Teleqraf.com xəbər verir ki, “Haber 7” saytı Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sullivan arasında baş tutan görüşün detallarından yazıb.

Sullivan görüşdə Kalına Baydenin Ərdoğanla yaxından işləmək istədiyini bildirib:

“Görüş müsbət və əhatəli keçdi. Kalın və Sullivan ikitərəfli münasibətlər və regional məsələlərdə fikir ayrılıqlarını minimuma endirmək, ortaq maraqları və ortaq perspektivləri gücləndirmək barədə razılığa gəliblər. Prezident Baydenin 4 dəfə Türkiyədə səfərdə olduğunu, Prezident Ərdoğanı tanıdığını və yaxından işləmək istədiyini bildirib. Məlumata görə, Kalın və Sullivan yaxın təmasları davam etdirəcək. Yaxın günlərdə isə Ərdoğan və Bayden arasında telefon danışığı baş tutacaq. Görüşün yaxın günlərdə baş tuta biləcəyi gözlənilir”.

Mənbə bunun Bayden hakimiyyətə gəldikdən sonra ABŞ və Türkiyə rəsmiləri arasında ilk görüşün olduğunu bildirib.

Mənbə qeyd edib ki, Bayden seçkilərdən əvvəl Ərdoğan əleyhinə kəskin fikirlər səsləndirməsinə baxmayaraq, ölkəsinin maraqlarını nəzərə alaraq, Türkiyə ilə yaxın təmaslarını davam etdirəcək.

Görüşdən sonra açıqlama verən Ağ Evin mətbuat xidməti bildirib ki, Bayden administrasiyası ABŞ və Türkiyə arasında konstruktiv əlaqələr qurmaq, əməkdaşlıq sahələrini genişləndirmək və anlaşılmazlıqları aradan qaldırmaq istəyir.