0
Monday 8 February 2021 - 09:08

İrandan Baydenə cavab - "Təkrar danışıqlar..."

Story Code : 914966
İrandan Baydenə cavab - "Təkrar danışıqlar..."
Teleqraf.com xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif CNN kanalına verdiyi müsahibəsində deyib.

O bildirib ki, İran əldə olunan razılaşmadan heç zaman çıxmayıb: "Müqaviləni birtərəfli qaydada ABŞ-ın keçmiş prezidenti tərk edib. Yeni prezident isə müqaviləyə qayıtmalıdır".

Zərif vurğulayıb ki, İran müqavilədən çıxmayıb, sadəcə olaraq müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri qismən məhdudlaşdırıb: "ABŞ sanksiyaları aradan qaldırdıqdan sonra İran da öhdəlikləri tam olaraq yerinə yetirəcək".