0
Thursday 11 February 2021 - 13:47

MAQATE: “İran uran metalı istehsal etməyə başladı”

Story Code : 915622
MAQATE: “İran uran metalı istehsal etməyə başladı”
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, MAQATE sədri Rafael Qrossinin quruma üzv ölkələrə verdiyi açıqlamasında, İranın uran metalı istehsalına başladığının təsdiqləndiyini bildirib.

Qrossi fevralın 8-i MAQATE müfəttişlərinin, İranın İsfahandakı istehsal müəssisələrində az miqdarda 3.6 qram uran metalının istehsal etməsini təsdiqlədiyini söyləyib.

ABŞ-ın eks-prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra, 8 may 2018-ci il tarixində Vaşinqtonun razılaşmadan birtərəfli şəkildə çıxdı və yenidən İrana qarşı sanksiyalar tətbiq etməyə başladı.

Sanksiyalara cavab olaraq, Tehran 5 yanvar 2020-ci il tarixli müqavilədəki öhdəliklərini tamamilə dayandırmış və yüksək səviyyədə uran zənginləşdirilməsi də daxil olmaqla bir sıra addımlar atdı.

Nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsindən sonra, İran 1 dekabr 2020-ci ildə Parlament tərəfindən təsdiqlənən nüvə qanununa əsasən 5 yanvar tarixində uranı 20% zənginləşdirdiyini və eyni zamanda yanvarın 13-ü nüvə silahı istehsalında da istifadə olunan uran metalının istehsalı üzərində işə başladığını açıqladı.