0
Monday 15 February 2021 - 22:00

İran Rusiyadan silah almaq niyyətindədir

Story Code : 916448
İran Rusiyadan silah almaq niyyətindədir
“Report” xəbər verir ki, bunu İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş köməkçisi Əliəsgər Hacı “Sputnik”ə müsahibəsində bildirib.

“Bizim Rusiya ilə hərbi əməkdaşlığımız var. Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Rusiya silah ala biləcəyimiz dövlətlərdən biri oldu”, - Ə.Hacı bildirib.

Diplomat qeyd edib ki, BMT-nin tətbiq etdiyi embarqoya görə, İran silah tədarük edə bilmirdi, onun qonşuları isə milyardlarla dollarlıq silah alaraq regionu silah anbarına çeviriblər.