0
Sunday 14 August 2011 - 04:48

"Hacıcan, bilirsən nə üçün həbs olunmusan?"

Story Code : 91671
"Hacıcan, bilirsən nə üçün həbs olunmusan?"
"Hacıcan, bilirsən nə üçün həbs olunmusan?"
Məktubda deyilir:
Əziz qardaşım Hacı Abgül bilirsənmi nə səbəbdən həbs edilmisən?
O vaxtki istəyirdilər şəhid Mubariz İbrahimovun düşmənimiz erməniyə qarşı şücaətin bu ölkədə ört-basdır edib onu atəşkəsi pozmaqda ittiham etsinlər, bu igidliyin xəbərin yayılmasının qarşısını alsınlar. Sən heçnədən çəkinmədən, bütün vücudunla, var gücünlə Cəfəri heyətinin, islam-azeri.az saytının köməyi, Hacı Ramin Bayramovun fədakarlığı ilə Azərbaycan tarixində iz qoymuş şəhid Mubarizin Hüseyn məktəbindən öyrənmiş igidliyin bütün dünyaya çatdırdın. Bu günə qədər yaratdığınız kliplər, sürudlar, təşkil etdiyiniz məclislər xatirələrdə yaşayır. Və bu da xaricdə və daxildə olan erməni və onların nökərlərini qəzəbləndirdi. Sizə qarşı bəslədikləri kinləri bu gün aşkara çıxardıb özlərini xar etdilər.
Və yaxud sənin məzlum Fələstin, Qəzza və Livan xalqını müdafiə etməyin, mənfur İsrail rejiminə etirazların səbəb oldu ki, sən onlar və onların nökərləri üçün təhlükəyə çevriləsən.
Nəticədə gülünc və həyasız şəkildə narkotiklə ittiham olunursan, hansi ki minbərlərindən gələn bu səsin: “Cavanlar narkotik maddələr geniş şəkildə paylanılır ki, siz bunlara uyub vətənivizi, torpağınızı, namusunuzu, qeyrətinizi, dininizi, əxlaqınızı və milli mənəvi dəyərlərinizi unudub zalımlara baş əyəsiz” heç vaxt qulağımızdan getməz.
Hacıcan, sənə izzətlə azadlıq arzu edirəm.

Tohid İbrahimbəyli
Mübariz Ruhanilər Cəmiyyətinin sədri
Comment