0
Sunday 14 August 2011 - 11:57

İngiltərədə həbslər 2000-i ötüb

Story Code : 91708
İngiltərədə həbslər 2000-i ötüb
İngiltərədə həbslər 2000-i ötüb
Böyük Britaniyanın bir sıra şəhərlərində kütləvi qarışıqlığın başlamasından bəri həbs olunanların sayı 2 mini keçib. Anspress xəbər verir ki, təkcə paytaxt Londonda nümayişçilərin 700-dən çox iştirakçısına qarşı zorakılıq, ictimai asayişin pozulması və qarət kimi müxtəlif ittihamlar irəli sürülüb. Bu nümayişlər başlamazdan öncə də Britaniyada müəllimlər, tələbələr və dövlət işçiləri irihəcmli aksiyalar keçirmişdi.

Böyük Britaniya şəhərlərinin küçələrində etirazçıları yatırmaqla bağlı vəziyyətə nəzarəti isə Nyu York və Los-Ancelesin polis departamentlərinin keçmiş rəisi Uilyam Bretton yerinə yetirəcək. Böyük Britaniyanın baş naziri Devid Kameron Uilyam Brettonu məsləhətləşmələr üçün Londona dəvət edib.

İxtişaşlardan sonra Devid Kameron bir sıra vətəndaşlar, siyasi rəqibləri və kütləvi informasiya vasitələrinin tənqidləri ilə üzləşib.
Comment