0
Saturday 20 February 2021 - 14:51

Seyid Əbdülməlik Əl-Husi: “Biz azadıq, heç bir ölkənin himayəsində olmaq istəmirik”

Story Code : 917354
Seyid Əbdülməlik Əl-Husi: “Biz azadıq, heç bir ölkənin himayəsində olmaq istəmirik”

Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Rəcəb ayının ilk cümə günü münasibətilə danışan Seyid Əbdülməlik Əl-Husi Yəmən xalqının Səudiyyə rejimi, BƏƏ və ya ABŞ və sionist İsrail rejimin nəzarətində olmayacağını bildirib: “Səudiyyə rejimi, BƏƏ, ABŞ, İsrail rejimi və ya başqa bir idarəçilərin himayəsində olmaq istəmirik. Biz azadıq və iman kimliyimiz müstəqilliyimiz üçün səy göstərməyimizi tələb edir.
 
Yəmənlilər hər il Rəcəbin ilk cümə gününü qeyd edirlər. Məhz bu gündə yəmənlilər Həzrət Peyğəmbər (s) tərəfindən göndərilən İmam Əlinin (ə) dəvəti ilə İslamı qəbul ediblər və onun rəhbərliyi altında ilk cümə namazını qılıblar”.
 
Ənsarullah hərəkatının baş katibi Məaribin azad edilməsi uğrunda cəbhədəki proseslərə də toxunaraq, belə danışıb: “Məarib, Əl-Cəvf, Əl-Bəyda, Taiz, Qərb Sahilində və bütün bölgələrdə apardığımız döyüşlər yalnız xalqımıza qarşı vuruşan təcavüzkarla üzləşmək üçündür. Bu təcavüzkar bizə hakim olmaq və qəyyumluğunu tətbiq etmək istəyir.
 
Məarib və ya başqa bir vilayətdəki döyüşümüz bu vilayətlərin uşaqları və sakinləri ilə deyil. Dinimiz eynidir və Məarib vilayətinin əksər insanları şərəfli və azaddırlar.
 
Səudiyyə rejiminin bayrağı altında döyüşən və ABŞ-a sadiq və İsrail rejimi ilə münasibətlərin normallaşdırılması çərçivəsində Yəmənə Səudiyyə rejiminin hegemonluğunu tətbiq etməyə çalışan az sayda ərəb var”.
 
Yəmən inqilabının rəhbəri daha sonra belə deyib: “Bu ölkədəki milli qurtuluş hökumətinin bir məqsədi var, o da Yəməndəki təcavüzkarlarla və xaricilərin hegemonluğu ilə üzləşməkdir”.
 
Yəməndə təkfirçi cərəyanın meydana gəlməsi ilə bağlı xəbərdarlıq edərək, belə deyib: “Xalqımız tarix boyu Allah Rəsuluna (s) çatan həqiqi bir inanca sahibdirlər və təkfirçilər Yəmən övladlarına vəhhabiliyə və təkfirçi qruplara keçmədikcə onlara kafir kimi baxırlar.
 
Cəbhələrdəki bütün hərbi əməliyyatlar təcavüzkarların hücumlarına qarşı yönəlmişdi və bütün yəmənliləri inancları, insani və milli vəzifələri əsasında təcavüzkarlarla qarşı-qarşıya gəlməyə və Fələstin məsələsi kimi müsəlman ümmətinin məsələlərini elan etməyə və Amerika hegemonluğu və məzlumların yanında durmağa dəvət edirik”.
 
Sonda Ənsarullah lideri bəzi ərəb ölkələrinin sionist rejimlə münasibətləri normallaşdırmaqdakı hərəkətlərini tənqid edərək, belə deyib: “Hərəkətlərinə nə qədər haqq qazandırsalar da, bunun heç bir dəyəri yoxdur”.
 
Source : Deyerler
Comment