0
Sunday 21 February 2021 - 07:41

ABŞ-da silahlı insident zamanı 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Story Code : 917499
ABŞ-da silahlı insident zamanı 3 nəfər ölüb, 2 nəfər yaralanıb
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cefferson dairəsinin şerifi Periş Cozef Lopinto öz açıqlamasında bildirib.

“Twitter” vasitəsilə yayılan açıqlamaya görə, polis əməkdaşları şənbə günü yerli vaxtla saat 02:50-də (Bakı vaxtı ilə saat 00:50) atışma barədə məlumat alaraq hadisə yerinə gəliblər və orada odlu silahla yaralanmış bir neçə nəfəri görüblər. Onlardan üçü ölüb, ikisi isə xəstəxanaya aparılıb. Yaralıların vəziyyəti hazırda stabildir.

Şerifin dediyinə görə, şübhəli şəxs mağazanın içərisində iki nəfəri vurub, daha sonra çölə çıxıb və bu vaxt başqaları tərəfindən vurulub. O, yerindəcə keçinib.