0
Wednesday 24 February 2021 - 19:16

C.Borrell: “İran JCPOA öhdəliklərini yerinə yetirdi, biz isə yox”

Story Code : 918160
C.Borrell: “İran JCPOA öhdəliklərini yerinə yetirdi, biz isə yox”
Cozep Borrell çərşənbə axşamı Atlantik Şurasının iclasında Avropa-Amerika əməkdaşlığındakı ən vacib və təcili prioritetin İranla nüvə anlaşması olduğunu deyib: “İran, ABŞ nüvə razılaşmasından çıxana qədər birtərəfli qaydada JCPOA-ya olan öhdəliklərinə sadiq qaldı və İran öhdəliklərini yerinə yetirməyə uzun müddət davam etdi".

Avropalıların JCPOA üzərindəki öhdəliklərini yerinə yetirmədiklərinə və "INSTEX mexanizminin effektsizliyinə diqqət çəkən Borrell, JCPOA-nın doğru yoluna qaytarılması lazım olan ikitərəfli razılaşmanın olduğunu qeyd edib. ABŞ və müttəfiqlərinin JCPOA ilə bağlı danışıqları bərpa etmək, eləcə də İranın raket əleyhinə müdafiə qabiliyyətləri və İranın regional təsiri daxil olmaqla, digər məsələləri müzakirə etmək səylərindən bəhs edərək, “Danışıqları bərpa etmədən əvvəl, itirilmiş etibarı bərpa etmək lazımdır” , - deyə bildirib. /Deyerler/