0
Sunday 28 February 2021 - 09:23

Husilər sürətlə irəliləyir

Story Code : 918818
Husilər sürətlə irəliləyir
Yəmən Xarici İşlər Nazirliyi bildirib ki, Yəmənin Husilərdən ibarət Müqavimət Hərəkatı və xalq komitələri, Səudiyyə Ərəbistanı və koalisiya qüvvələrinin dəstəklədiyi muzdlulara qarşı əməliyyatlarını davam etdirir. Ənsarullah Hərəkatı, Yəmən Ordusu və xalq komitələri artıq Marib şəhərinin bir neçə km-liyinə çatıb. Uzun zamandır ki, Səudiyyə rejiminin dəstəklədiyi, xalqın etirazları nəticəsində prezidentlik postunu tərk edərək qaçmaq məcburiyyətində qalan Mənsur Hadi və ona bağlı qüvvələr Yəmən xalqına qarşı cəbhə alaraq, ölkədə daxilində əməliyyatlar keçirməyə cəhd edir.

Son məlumatlara görə, ötən gecə Marib şəhərindəki muzdlular 10 ballistik raketlə hədəf alınıb.

Bu hücum nəticəsində həlak olan və yaralananlar barədə hələ ki, məlumat verilməyib.