0
Sunday 28 February 2021 - 10:55

Baydenin Suriyaya hücum əmri başına bəla oldu

Story Code : 918828
Baydenin Suriyaya hücum əmri başına bəla oldu
ABŞ prezidenti Co Baydenin göstərişindən sonra cümə axşamı ABŞ qırıcı təyyarələrinin Suriyanın şərqinə zərbə endirməsi prezident Baydenin yüksək səviyyəli demokratlar tərəfindən tənqid atəşinə tutulmasına səbəb olub.

Sabiq prezident Barak Obamaya yaxınlığı ilə tanınan, 2016-cı il prezident seçkilərində Hillari Klintonun rəqibi olan Virginia ştatını təmsil edən Demokrat senator Tim Kane bildirib ki, bu hücum konstitusiyaya zidd bir qərardır!

Tim Kane əlavə edib: "Amerika xalqı hökumətin bu hücumla bağlı izah verməsini gözləyir. Bayden Konqreslə razılaşdırmadan, özbaşına şəkildə verdiyi bu qərara görə cavab verməlidir. Konqresin razılığı olmadan hücum qərarı verilərək həyata keçirilən hərbi əməliyyat konstitusiyaya ziddir. Bunun üçün dövlət tam bir hesabat hazırlayaraq, dərhal Konqresə təqdim etməlidir."

Konnektikut ştatından olan demokrat senator və Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Kris Mörfi də Baydenin qərarını tənqid edərək deyib: "Yaxınlaşan bir təhdidin qarşısını almaq üçün hücum tədbiri anında həyata keçirilməli olan vacib əməliyyat deyil. Bunun üçün bu sayaq hərbi əməliyyatlardan öncə mütləq Konqresdən icazə alınmalıdır."

Qeyd edək ki, Berni Sanders və Ro Xanna kimi digər senatorlar da Baydenin qərarını tənqid edərək, bu addımın pis nəticələrə səbəb ola biləcəyini söyləyiblər.