0
Saturday 6 March 2021 - 17:39

"Bayden İranla normal münasibətlər qurmaq yolunda Səudiyyə Ərəbistanını düşmənə çevirir"

Story Code : 920052
"Bayden İranla normal münasibətlər qurmaq yolunda Səudiyyə Ərəbistanını düşmənə çevirir"
ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeo Fox News-a verdiyi müsahibədə Bayden rəhbərliyini Camal Kaşıkçının qətlinə dair gizli hesabatı yayımladığı üçün tənqid edərək, bu addımı ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətlərinə zərbə vurmaq üçün planlanmış siyasi motivli bir gediş adlandırıb.

ABŞ-ın sabiq dövlət katibi deyib: "Məqsəd gizli məlumatdan istifadə edilərək Səudiyyə Ərəbistanı ilə münasibətləri pozmaqdır. Sabiq CIA rəhbəri olaraq, bu addımı heç vəchlə dəstəkləmirəm. Buna görə də belə bir qərar verdiklərinə görə çox təəsüflənirəm..."

Pompeo həmçinin ABŞ-ın İranla münasibətləri normallaşdırmağa çalışdığına işarə ilə deyib ki, yeni dövlət İranla münasibətləri yaxşılaşdırmaq üçün Səudiyyə Ərəbistanını düşmənə çevirir.