0
Thursday 11 March 2021 - 13:11

Ayətullah Xamenei müsəlman dünyası və Yaxın Şərqin son durumu haqda danışıb

Story Code : 920872
Ayətullah Xamenei müsəlman dünyası və Yaxın Şərqin son durumu haqda danışıb
SalamNews xəbər verir ki, İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei “Məbəs” günü ilə bağlı çıxış edib və bu çıxışda müsəlman dünyasının son durumu haqda əhəmiyyətli fikirlər səsləndirib.

Quranın Məhəmməd peyğəmbərə nazil olmasından, İslam dininin insanlara təqdim edilməsinin rəmzi olan “Məbəs” gününün əhəmiyyətindən və müsəlman dünyasının bu günü yaşatmasının zəruriliyindən danışan Ayətullah Xamenei bildirib ki, indiki dövrdə mübariz ruhiyyəli, zəmanəsini tanıyan, fəzilətli və alim fəqihlər “Məbəs” gününün müddəalarını həyata keçirməkdədirlər.

Ayətullah Xamenei çıxışı əsnasında Yaxın Şərqin hazırki vəziyyətinə də toxunub. O Yaxın Şərq və müsəlman dünyasındakı vəziyyət haqda bunları deyib:

“6 ildir ki, Amerika ilə iş birliyində olan ərəb ölkəsi Yəmənin məzlum camaatını mühasirəyə alıb, onların evlərini, məktəb və xəstəxanalarını vurur, onları iqtisadi mühasirədə saxlayır. Onlara ərzaq çatdırılmasına mane olur. Amma bu yəmənlilər müdafiə üçün bir vasitə ərsəyə gətirib, cinayətə cavab verəndə terrorçuluqda ittiham edilirlər. Bu ittihamlara BMT də qoşulur. BMT-nin işi bu məsələdə Amerikadan da pisdir.”

“Onların yalançı olmasını göstərən məsələlərdən biri də budur ki, dünyanın ən böyük atom silahı anbarına malikdirlər. Amerika dünyada yeganə dövlətdir ki, atom bombasından istifadə edib. Amma indi kütləvi qırğın silahının əleyhinə olduğunu iddia edir, bu məsələdə digərlərini ittihamlandırır. Halbuki ən təhlükəli və ən pis kütləvi qırğın silahı onların öz əlindədir.”

“Onlar öz vətəndaşını mişarla doğrayan şəxsi dəstəkləyir. Sonra da insan hüquqları tərəfdarı olduqlarını bildirirlər.”

“Amerika dəfələrlə etiraf edib ki, İŞİD-in biz yaratmışıq. Siyasi rəqabət zamanı deyirdilər ki, o biri tərəf yaradıb. Belə bir terror təşkilatını yaradıb və sonra onu bəhanə edib, bölgədə hərbi baza qururlar.”

“Bununla belə İranın bölgədə olmasına kin-küdurətlə yanaşırlar. Halbuki İranın orada olması hərbi qüvvələr müstəvisində deyil, hərbi məşvərətçilər müstəvisindədir. Onlar buna sabitliyi pozan amil kimi baxırlar. Biz oraya getmiş olsaq da mərkəzi və legitim dövlətin dəvəti ilə getmişik.”

“Amerika gərək, İraq və Suriyadan çıxsın. Bu barədə ölkə parlamentinin qanunu var ki əcnəbi qüvvələr çıxmalıdırlar...”