0
Thursday 11 March 2021 - 18:36

Qrossi: "Bir gecədə HBFP sazişinə dönmək mümkün deyil"

Story Code : 920937
Qrossi: "Bir gecədə HBFP sazişinə dönmək mümkün deyil"
"EuroNews" jurnalisti Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossidən "nə üçün yeni bir razılaşmadan danışılır" deyə soruşduqda Qrossi deyib: "2015-ci il sazişindən bu günədək çox şey dəyişib. Tramp ABŞ prezidenti seçildikdən sonra Amerika 2018-ci ildə bir tərəfli şəkildə bu razılaşmanı tərk etdi. İran da bu gün razılaşmada qeyd olunanlardan daha çox miqdarda nüvə zənginləşdirir. Bu gün normadan artıq zənginləşdirilmiş nüvə ehtiyatının taleyi ilə bağlı məsələlər müzakirə edilməlidir. Bu nüvə ehtiyatı İrandan çıxarılsa, bu prosesi bir etməliyik. Bu səbəbdən bəzi məsələlər müzakirə edilməlidir. Bir gecədə 2015-ci ildəki HBFP sazişinə geri dönmək imkansızdır..."

Rafael Qrossi ABŞ HBFP sazişini tərk etdikdən sonra belə İranın uzun müddət öhdəçiliklərinə əməl etdiyinə işarə etmədən rəsmi Tehranın bu gün bir sıra yasaq olan fəaliyyətlərlə məşğul olduğunu dilə gətirib və bu vəziyyətin kontrol edilməli olduğunu söyləyib.