0
Tuesday 16 March 2021 - 11:21

Rusiya XİN Hizbullah nümayəndə heyətinin Moskva səfərilə bağlı bəyanat verib

Story Code : 921796
Rusiya XİN Hizbullah nümayəndə heyətinin Moskva səfərilə bağlı bəyanat verib
SalamNews RT-ə istinadla xəbər verir ki, XİN-in bəyanatında bildirilib ki, (Hizbullah hərəkatını Livan Parlamentində təmsil edən) Livanın “əl-Vəfa” siyasi fraksiyanın rəhbəri Məhəmməd Rədin başçılıq etdiyi nümayəndə heyəti ötən gün xarici işlər naziri Sergey Lavrovla görüşüblər.

Əlavə edilib ki, görüşdə Yaxın Şərqdə, Suriyada və Livanda baş verən son proseslər müzakirə edilib.

Sergey Lavrov bu görüşdə Livanın suverenliyi və ərazi bütövlüyü məsələsinin vacibliyini vurğulayıb və Livanda cari proseslərin bütün siyasi cinahların iştirakı ilə və danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

Rusiya XİN rəhbəri Livanda yeni hökumətin tez bir zaman ərzində formalaşmasının vacib olduğunu bildirib.

Bu arada Hizbullah hərəkatının nümayəndə heyətinin başçısı Məhəmməd Rəd verdiyi açıqlamada bildirib ki, bu səfər Rusiya ilə hərəkat arasında əlaqələrdə mühüm mərhələdir.