0
Wednesday 17 March 2021 - 09:48

ABŞ-da masaj salonlarına hücum edildi, 7 nəfər ÖLDÜRÜLDÜ

Story Code : 921981
ABŞ-da masaj salonlarına hücum edildi, 7 nəfər ÖLDÜRÜLDÜ
Publika.az TASS-a istinadən xəbər verir ki, ilk hücum Atlanta yaxınlığında Çeroki dairəsində yerləşən masaj salonuna edilib. Silahlı şəxs salona daxil olaraq odlu silahdan 3 nəfəri qətlə yetirib, 2 nəfər xəsarət alıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşa bilib.

Bundan başqa şəhərin şimal hissəsində yerləşən daha iki masaj salonunda da analoji hadisə baş verib. Bu hücumlar zamanı dörd nəfər həyatını itirib.

Artıq hüquq mühafizə orqanlarının əməkdaşları avtomobil yollarını bağlayıb, cinayəti törədənlər axtarılır.