0
Sunday 21 March 2021 - 21:05

"Britaniyanın nüvə başlıqlarının sayını artırmaq qərarı qanunsuzdur!"

Story Code : 922730
"Britaniyanın nüvə başlıqlarının sayını artırmaq qərarı qanunsuzdur!"
Rusiyanın Britaniyadakı səfiri Londonun nüvə arsenalını genişləndirmək qərarına toxunaraq bu addımı Nüvə Silahının Yayılmaması barədə Müqavilənin pozulması kimi dəyərləndirib.

Andrey Kelinin İngilis LBC radiosuna verdiyi bu müsahibə İngiltərənin xarici işlər naziri Dominik Robbun bir neçə gün əvvəl Rusiyanı təhdid etməsindən sonraya təsadüf edir.


Andrey Kelin Londonun nüvə başlıqlarının sayını 180-dən 260-a yüksəltmək qərarını böyük bir sürpriz kimi qiymətləndirib. Kelin bildirib ki, Britaniyanın müdafiə, xarici və təhlükəsizlik siyasətlərinə yenidən baxılmasından sonra Rusiyanın təhdid elan edilməsi üçün heç bir əsas olmayıb.

Rusiyalı rəsmi Britaniyanın nüvə başlıqlarının sayını 40 faiz artırmasının ABŞ üçün belə sürpriz olduğunu söyləyib.