0
Monday 22 March 2021 - 01:22

Tramp şəxsi sosial şəbəkəsini yaradacaq

Story Code : 922774
Tramp şəxsi sosial şəbəkəsini yaradacaq
Modern.az xəbər verir ki, bu barədə onun müşaviri Ceyson Miller “Fox News” telekanalına bildirib.

Millerin sözlərinə görə, Tramp yaxın vaxtlarda yeni şəxsi platformada sosial media sahəsinə qayıdacaq.

Trampın məsləhətçisi əlavə edib ki, bu, böyük platforma olacaq. Onun sözlərinə görə, yeni platforma on milyonlarla istifadəçi yığacaq. "Bu, oyun qaydalarını tamamilə dəyişəcək", - deyə Miller vurğulayıb.

Qeyd edək ki, tvitç, tvitter, feysbuk və instaqram sosial şəbəkələri Vaşinqtonda yanvarın 6-da baş verən qarışıqlıqlardan sonra Trampın hesablarını bloklayıblar.