0
Wednesday 24 March 2021 - 23:32

ABŞ Almaniyaya xəbərdarlıq etdi

Story Code : 923270
ABŞ Almaniyaya xəbərdarlıq etdi
"NY-Times"-ın verdiyi xəbərə əsasən, Amerikanın dövlət katibi Antoni Blinken almaniyalı həmkarı Hayko Maasa "Nord Stream 2" layihəsinə sanksiya tətbiq edilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Blinken Almaniyaya mesajında deyib: "Nord Stream 2" layihəsinə qarşı sanksiya tətbiq edilməsi ehtimalı qüvvədədir. Bu açıq-aydın bir məsələdir ki, "Nord Stream 2" layihəsinə qarşıdır."

Almaniya dövlət rəsmiləri isə bu mövzu ilə bağlı Reuters-ə müsahibədə bildirib ki, Almaniya ümid edirdi ki, yeni ABŞ dövləti bu layihəyə qarşı fərqli münasibət sərgiləyəcək, amma təəssüflər olsun ki, Bayden administrasiyası da Tramp dövlətinin yolunu gedir.