0
Sunday 28 March 2021 - 21:30

Yəmən ordusu: Səudiyyə rejimi daha ağrılı hücumlarımızı gözləsin!

Story Code : 923969
Yəmən ordusu: Səudiyyə rejimi daha ağrılı hücumlarımızı gözləsin!
Yəmən Ordusunun və Ənsarullah Hərəkatının sözçüsü general Yəhya Səri deyib: "Yəmən xalqına qarşı başladılmış müharibənin 7-ci ilində yeni raket komplekslərinin tanıtım mərasimi olacaq. Yəmən ordusu Səudiyyə rejiminə bu günədək təcrübədən keçirmədiyi ağrılı, əzabverici hücumlar planlayıb..."

Əl-Məyadin şəbəkəsinin verdiyi xəbərə görə general Yəhya Səri deyib: "Səudiyyə rejimi və onların rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmən xalqına qarşı cinayətlərinə son verməsələr bizim əzabverici əməliyyatımız qaçılmaz olacaq! Yəmən yerli istehsal olan raketlərin keyfiyyətinə və mənzillərinə görə Ərəbistan yarımadasında ilk pillədə yer alır. Bu nailiyyətimiz Yəmən müharibəsinin 7-ci ilində də davam edəcək və yeni raket kompeksimizi təqdim edəcəyik.