0
Wednesday 31 March 2021 - 15:55

Moskva: İranın nüvə sazişi ilə bağlı razılıq əldə edilə bilər

Story Code : 924477
Moskva: İranın nüvə sazişi ilə bağlı razılıq əldə edilə bilər
Rusiya XİN başçısı Sergey Lavrov İranla 5+1 arasındakı HBFP sazişi haqda danışıb.

Rusiya xarici işlər naziri deyib: "İranla nüvə sazişində razılaşma əldə edilməsi üçün fürsət yaranıb və ABŞ-dan ümidverici siqnallar alınır."

Lavrov əlavə edib: "Biz həmçinin beynəlxalq və regional təşkilatların iştirakı ilə İran və Ərəb rəsmilərini bir araya gətirən bir konfrans keçirmək istəyirik."

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden seçki kampaniyası zamanı prezident seçkilərində qalib gələcəyi təqdirdə İranla HBFP sazişinə dönəcəyini iddia etmişdi. Bu gün Baydenin prezidentlik vəzifəsinin icrasına başlamasından təxminən üç ay ötsə də, HBFP sazişindən birtərəfli qaydada geri çəkilən ABŞ hökuməti, hələ də razılaşmaya qayıtmaq üçün İrana yeni şərtlər irəli sürür.