0
Thursday 1 April 2021 - 09:37

Şuşaya “İsgəndər”ləri ruslar atıb? Şok detal - Video

Story Code : 924578
Şuşaya “İsgəndər”ləri ruslar atıb? Şok detal - Video
Axar.az xəbər verir ki, bu barədə “Caliber”in yeni süjetində bildirilib.

Qeyd olunub ki, raketin Ermənistan ordusunun ixtiyarında olan “E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi “M” modifikasiyasına aid olması ciddi suallar doğurur.

Süjetdə raketlərin bu iki növü arasındakı fərq izah olunur və “E” versiyasının məhz ixrac üçün nəzərdə tutulduğu bildirilir. Şuşada qalıqları tapılan “İsgəndər”lərin üzərindəki “M” nişanları isə onların məsələn, Gümrüdəki 102-ci Rusiya hərbi bazasından buraxılmasını ehtimal etməyə əsas verir.

Süjetdə, həmçinin Şuşaya atılan “İsgəndər”lərin partlamadığı da qeyd olunur.