0
Saturday 3 April 2021 - 15:41

Aprel döyüşlərindən 5 il ötür

Story Code : 925010
Aprel döyüşlərindən 5 il ötür
2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin "təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib", - Azərtac agentliyi yazıb.
 
Həmin vaxt Azərbaycan Müdafiə Nazirliyi döyüşlər nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklərin, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyinin və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndinin və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelərin düşməndən azad olunduğunu açıqlayıb. 
 
Azərbaycan Müdafiə Nazirliyinin 2018-ci ildə yaydığı məlumata görə, döyüşlər zamanı "320-dən artıq erməni hərbçi qulluqçusu ölüb və 500-dən çoxu yaralanıb".
 
"Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri sıradan çıxarıldı. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi," - qurum bəyan edib.
 
"Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu şəhid olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb," - TRT Azərbaycan yazıb.
 
Azərbaycanla Ermənistan arasında 4 günlük döyüşlər aprelin 2-də başlayıb, 5-də başa çatıb.
Source : Maide
Comment