0
Sunday 4 April 2021 - 01:45

ABŞ-ın prezidenti kimdir? – Foto ölkədə aranı bir-birinə qatdı

Story Code : 925099
ABŞ-ın prezidenti kimdir? – Foto ölkədə aranı bir-birinə qatdı
Teleqraf.com xəbər verir ki, iclasdan sonra prezident Bayden, vitse-prezident Kamala Harris və nazirlərin fotosu ilk iclasdan daha çox müzakirə olunub.

Xarici, müdafiə və xəzinə nazirlərinin əyləşdiyi, digər nazirlərin ayaq üstə olduğu fotoşəkildə Bayden və Harris yan-yana oturub. Hətta vitse-prezidentin dövlət başçısından bir qədər irəlidə olduğu diqqətdən yayınmayıb.

Bu, sosial şəbəkədə “ABŞ-ın prezidenti kimdir?” müzakirələrinə yol açıb. Eyni zamanda, yaddaş problemindən əziyyət çəkən 79 yaşlı Baydenin dörd illik müddətini bitirmədən əvvəl yerini Harrisə verəcəyi iddialarını bir daha gündəmə gətirib.