0
Wednesday 7 April 2021 - 13:16
Hörmətlə,Vüsal Nadiroğlu. Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü

Saray alimləri

Story Code : 925814
Saray alimləri
Bismillahir Rahmənir Rahim.
Alim- cəmiyyətin ziyalısı, fikir söyləyəni və islahedicisi.
Alim mühüm bir missiya daşımaqdadır. Alim qarşılıqsız xidmət göstərir. Eynilə ilahi peyğəmbərlər (s) və imamlar(ə) kimi.
Bütün sahələrdə olduğu kimi alimlərin içində də bu adı zahiri daşıyanlar vardır. Əlbəttə, biz belə həqiqi olmayan alimləri ayırd edə bilməliyik. İmam Əli (ə): Sizə əsl fəqih haqqında xəbər verimmi? Əsl fəqih insanları Allahın rəhmətindən naümid etməyən, insanları Allahın əzabından arxayın etməyən, onları Allahın mərhəmətindən məyus etməyən, Allahın itaətindən çıxmağa rüsxət verməyən kəsdir.
Tarixdə də hər zaman şahlar, sultanlar öz batil əməllərinə haqq donu geyindirmək səbəbilə bir qrup elm əhlini öz sarayına dəvət edib onlarla sıx rabitə saxlamışlar. Həmçinin onlara əmək haqqı və digər imtiyazlar da bəxş etmişlər. Bu hörmətin müqabilində həmin alimlərdən daim onların yanında olmalarını, onların əməllərini daim xalqa göstərmələrini və səhvlərinə düzəliş verib vəziyyətdən çıxmalarını istəmişlər. Beləliklə xalq da bu alimləri həqiqi alim bildiyi üçün şaha tam inanmışlar. Halbuki bu alimlər öz axirətlərini dünyalarına satmış “Saray alimləri”dir.
Həzrəti İsa(ə): Ən şər insan dünyasını elmindən üstün tutan, onu sevib arxasınca gedən və ondan ötrü çalışan alimdir.
Saray aliminin bu vəziyyətə düşməsinin səbəbi dünya məhəbbətidir. Halbuki bu alim bu dünyada rahatlığın olmadığını nəzəri olaraq gözəl bilir. Amma bildiyini praktiki olaraq tətbiq edə bilmir. Bu səbəbdən dünyanın rifahına aldanır. Həmçinin minlərlə kütlənin azmasına səbəb olur.
Peyğəmbərimiz (s): Sizi yəqindən şəkkə, ixlasdan riyakarlığa, təvazökarlıqdan təkəbbürlülüyə, səmiyyətdən ədavətə və zahidlikdən dünyaya meyilli olmağa dəvət edən hər hansı iddiaçının yanında oturmayın. Əksinə sizi təkəbbürdən təvazökarlığa , riyakarlıqdan ixlasa, şəkkdən yəqinə, dünyaya meyllilikdən zahidliyə və ədavətdən səmiyyətə doğru səsləyən hər bir alimə yaxınlaşın.
Hal-hazırda bizim dövrümüzdə də saray alimləri mövcuddur. Onlar şahların, sultanların qapısına yaxın olarlar. Özləri də tam fərqinə varmadan böyük kütləni uçuruma sürükləyirlər.
Peyğəmbərimiz(s): Nəbadə sultanlar və onların əyanlarının qapısına yaxın düşəsiniz. Həqiqətən sizlərdən sultanlar və onların əyanlarının qapısına ən yaxın olanlar Allah-təaladan ən çox uzaqlaşanlardır. Sultanları Allahdan üstün tutan şəxsin qəlbindən Allah-təala təqvanı silər və onu azğınlıq içində qoyar.
Belə olan halda biz hansı meyarlar əsasında həqiqi alimi təyin etməliyik?
Peyğəmbərimiz(s): Ey insanlar, kim Allahın haramını halal edən, Allahın əhdini pozan, peyğəmbərlər sünnəsinə qarşı çıxan, Allahın bəndələri ilə günah və ədavətlə davranan zalım bir hökmdarla üzləşsə, əməli və sözü ilə ona etiraz etməsə, bu şəxsi də o zalımı daxil etdiyi yerə- Cəhənnəmə daxil etmək Allahın haqqıdır.
Peyğəmbərimiz(s): İnsan fəqih (dərin düşüncəli alim) olmaqdan ötrü hansı paltarı geyinəcəyinə və aclığını nə ilə ödəyəcəyinə məhəl qoymamalıdır.
Peyğəmbərimiz(s): Dinlərini dünyaya qurban verən kəslərə vay olsun. Onlar dillərinin yumşaqlığı ilə insanlara sanki keçi dərisi geyindirir, sözləri baldan şirin, qəlbləri isə canavar qəlbidir.
Hədislərdən belə nəticə çıxarırıq ki, həqiqi alim öncə axirəpərəst olmalıdır. Bildiklərinə əməl etməlidir. Dünyaya məhəbbət bəsləməməlidir. Zalım hökmdara yeri gəldikdə öz etirazını bildirməlidir. Sadə həyat tərzi sürməlidir. Dəbdəbəli yaşayışdan uzaq olmalıdır. Cəsur olmalı və hər an şəhadətə hazır olmalıdır. İnsanları yaxşılığa dəvət, pis əməllərdən isə çəkindirməlidir.
Unutmayaq ki, bu dünya şeytanın bazarıdır. Ondan nə alsan, nəyi götürsən, arxanca gəlib əlindən almayınca səni rahat buraxan deyil.
Diqqətiniz üçün təşəkkür edirəm.
Hörmətlə,Vüsal Nadiroğlu.
Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü.
17.01.2021.
Tagged
saray alim mbh
Related Stories
Comment