0
Sunday 11 April 2021 - 10:11

Bayden: ABŞ-da silahlı qarşıdurmalar epidemiya halı alıb

Story Code : 926534
Bayden: ABŞ-da silahlı qarşıdurmalar epidemiya halı alıb
Son həftələrdə Amerikada odlu silahlardan istifadə ilə qarşıdurmaların artması ABŞ-da ciddi nigarançılığa səbəb olub. Bu ölkədə odlu silahdan istifadə ilə əlaqəli məhdudiyyətlərin olmaması ilə bağlı mübahisələr də bu günlərdə ciddi şəkildə artıb. Bir çox insanın ölümü ilə nəticələnən qarşıdurmalar, ABŞ Prezidenti Co Baydeni də reaksiya göstərmək məcburiyyətində qoyub.

Bayden bu gün Twitter səhifəsində, ABŞ-da baş verən silahlı qarşıdurmaların kəskin şəkildə artması ilə əlaqədar yazıb: “Silahlı zorakılıqlar bu ölkədə epidemiya halı alıb. Konqresin bu mövzu ilə bağlı hərəkətə keçməsinin vaxtı çoxdan çatıb!"