0
Saturday 17 April 2021 - 04:52

ABŞ-da polislə atışmada iki mülki şəxs ölüb

Story Code : 927620
ABŞ-da polislə atışmada iki mülki şəxs ölüb
APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Polis əməkdaşı avtomobili yoxlamaq üçün saxlayıb. Bu zaman avtomobildəki şəxslərdən biri polisə atəş açıb. Polis cavab atəşi nəticəsində avtomobilin sürücüsü və sərnişinlərdən biri ölüb.

Hadisə zamanı, həmçinin, bir polis və digər sərnişin yaralanıb. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Sürücünün hansı səbəbdən polisə atəş açması bildirilməyib.