0
Saturday 17 April 2021 - 11:01

Rusiyanın Xəzər donanmasının gəmiləri Qara dənizə daxil olub

Story Code : 927683
Rusiyanın Xəzər donanmasının gəmiləri Qara dənizə daxil olub
Rusiya Xəzər Hərbi Dəniz Donanmasının gəmiləri yoxlama tədbirləri çərçivəsində Qara dənizə keçidi başa vurub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Qara dəniz donanmasının Mətbuat xidməti yayıb.

Bildirilib ki, Xəzər donanmasının təkibində 15 gəmi, o cümlədən 3 artilleriya və 8 desant kateri var.

Açıqlamada qeyd olunub ki, gəmilər qış mövsümünün təlimlərini plana uyğun olaraq yoxlayacaqlar.