0
Monday 19 April 2021 - 14:17

Bəhreyn rejimi işgəncələrə davam edir

Story Code : 928047
Bəhreyn rejimi işgəncələrə davam edir

Deyerler.org LualuaTV-yə istinadən xəbər verir ki, Bəhreyn həbsxanalarındakı qeyri-sağlam və qeyri-insani şərait məhkumlar arasında koronavirus riskinin artması və həbsxanalardakı müxaliflərə işgəncə siyasi məhbusların ailələri və ictimaiyyət arasında narahatlıqlar yaradıb və Bəhreyn küçələrinə çıxaraq etirazlar ediblər.
 
Nümayişlər dünən (16 aprel) də davam edib. Karbabad, Şahrxan, Sitra, Əd-Diraz, Karanəh, Əbu Sabi, Əl-Dir və Əl-Hamladakı nümayişlər fasiləsiz davam edib.
 
Bəhreynli etirazçılar siyasi məhbusların dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edən şüarlar səsləndiriblər və Kovid 19 epidemiyasından sonra məhbusların davamlı həbs edilməsini qınayıblar.
 
Etirazçılar xüsusilə həbsxanalardakı koronavirus xəstəliyindən sonra siyasi məhbusların saxlanılmasına son qoyulmasını istəyiblər.
 
Bəhreyndəki Əl-Vifaq cəmiyyəti sonuncu bəyanatında ölkədə siyasi məhbusların azadlığa buraxılması üçün ən az 379 nümayişin keçirildiyini söyləyib.
 
Əl-Vifaq cəmiyyəti son məlumatlara görə Bəhreyn həbsxanalarında təxminən 100 siyasi məhbusun virusa yoluxduğunu və bu sayın artdığını bildirib.
 
Keçən həftə başqa bir bəhreynli siyasi məhbus Abbas Malullah, qeyri-insani həbsxana şərtlərinə görə Mərkəzi Həbsxanada həyatını itirmişdi.
 
Bəhreynli sabiq deputat Cəlal Firuz Ali Xəlifə diktator rejiminin həbsxanalarında 3500-dən çox müxalifə işgəncə verildiyini söyləyir: “Etirazların başladığı və Bəhreyndəki 14 fevral inqilabından 10 il keçdi və vəziyyət hələ də ağırdır.
 
İşgəncə, gecə basqınları, siyasi həbslər, insan haqları pozuntuları və Bəhreyn vətəndaşlarının haqsız şəkildə vətəndaşlıqdan çıxarılması davam edir”.
 
Firuz əlavə edib ki, Bəhreyndə hətta tvit yazan bir şəxs tutularaq həbs edilir.
 
Bəhreyn xalqının sakitləşmədiyini və alov altındakı köz kimi gözlədiyini qeyd edən Firuz, güclü təzyiq və həbslərə baxmayaraq, Bəhreyn xalqının demokratik tələblərindən geri çəkilmədiyini söyləyib.
 
Bəhreynin Sionist rejimlə münasibətlərinin normallaşdırılmasının Bəhreyn xalqının iradəsinə zidd təşəbbüs olduğunu və Qərb tərəflərinin razılığını almaq üçün həyata keçirildiyini qeyd edən Firuz, sionist rejimlə münasibətləri normallaşdırmağın diktator rejimlərin Qərb ölkələrinə verdiyi bir növ susma payı olduğunu bildirib.
 
Source : Deyerler
Tagged
bəhreyn
Related Stories
Comment