0
Wednesday 5 August 2009 - 12:24

SIONIST REJIMININ AZƏRBAYCANDAKI YENI SƏFIRI DANIŞDI

Story Code : 9283
SIONIST REJIMININ AZƏRBAYCANDAKI YENI SƏFIRI DANIŞDI
APA-nın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı yeni səfiri Mixael Lavon-Lotem “İsrus” portalına açıqlamasında bildirib.

Mixael Lavon-Lotem qeyd edib ki, Azərbaycan dünyanın digər ölkələri ilə müqayisədə dünya iqtisadi böhranından daha az zərər çəkib: “Bizim ölkələrimizin yaxınlaşması nəticəsində Azərbaycana İsrailin ixracatı getdikcə artır. İqtisadiyyat sahəsində Azərbaycanla əməkdaşlıq etmək və münasibətlərimizi dərinləşdirmək imkanlarımız digər ölkələrlə müqayisədə daha artıqdır. Coğrafi yaxınlığımız da ticarət dövriyyəsini daha yüksək səviyyəyə çatdırmaq üçün başqa bir nüans sayılır”.

İki ölkə arasında birbaşa uçuşların ləğvi ehtimalına toxunan səfir Bakıya gedən kimi problemin həlli üçün bir sıra görüşlər keçirəcəyini bildirib: “Məncə, hər şey yoluna qoyulacaq. Sabah mülki aviasiya və Nəqliyyat Nazirliyinin nümayəndələri ilə görüşəcəyəm. Bu, qalmaqal yaradılası hadisə deyil”.

Mixael Lavon-Lotem Azərbaycan-İsrail münasibətlərinin inkişaf perspektivlərindən də söz açıb: “İlham Əliyev atasının yolu ilə gedən, milli maraqlara əsaslanan siyasət həyata keçirən güclü və iradəli liderdir. Hələlik Bakıya getməsəm də, İranla yanaşı yerləşən bu ölkənin strateji əhəmiyyətini yaxşı başa düşürəm. O da aydındır ki, Bakı Tehranla münasibətlərin gərginləşməsində maraqlı deyil. Buna görə də hər hansı səs-küylü açıqlamalardan qaçmağa çalışacağam. Yalnız bir şeyi deyə bilərəm ki, Azərbaycan vazkeçilməz strateji yolayrıcıdır”.

Qeyd edək ki, yeni səfir gələn həftə Azərbaycana gələcək. Bu postda o, Artur Lenki əvəzləyəcək.
Source : APA
Comment