0
Wednesday 21 April 2021 - 13:25

Amerika polisi bu dəfə 15 yaşlı qaradərili qızı odlu silahla qətlə yetirdi

Story Code : 928444
Amerika polisi bu dəfə 15 yaşlı qaradərili qızı odlu silahla qətlə yetirdi
"FoxNews" xəbər verir ki, Minneapolisdə Corc Floydun qətlinə görə polis işçisinə hökm oxunması ilə eyni vaxtda
Kolumbusda Ma'Khia Bryant adlı 15 yaşlı qaradərili bir qız polis tərəfindən güllələnərək, öldürülüb. Bu dəhşətli hadisə Kolumbus bölgəsində böyük nümayişlər keçirilməsinə səbəb olub.

Kolumbus polisi bu hadisədən öncə polis məmurlarına qarşı bıçaqla iki hücum həyata keçirildiyini iddia edib. Şəhərin bələdiyyə başçısı isə deyib: "Qaradərili yeniyetmə qızın öldürülməsi zamanı nələrin baş verdiyi hələ də aydın deyil. Bu sahədə araşdırmalar davam edir..."