0
Thursday 18 August 2011 - 19:24

2 aprel aksiyası iştirakçılarının məhkəməsi olub

Story Code : 92886
2 aprel aksiyası iştirakçılarının məhkəməsi olub
2 aprel aksiyası iştirakçılarının məhkəməsi olub
Müttəhimlər kürsüsündə gənc fəallar Ülvi Quliyev (bitərəf), Elnur Məcidli (AXCP gənclər şöbəsinin üzvü), Rüfət Hacıbəyli (Müsavat Partiyasının fəalı) və Əhəd Məmmədli (Müsavat Partiyasının gənclər təşkilatının sədri) əyləşib.
Ü.Quliyev və Ə.Məmmədli CM-in 233 (ictimai asayişin pozulması) və 315.1 (polisə müqavimətin göstərilməsi) maddələri ilə ittiham olunur. E.Məcidli və R.Hacıbəyli 233-cü maddə ilə ittiham olunur.
Ə.Məmmədlinin vəkili Yalçın İmanov Turana bildirib ki, müvəkkili 2 aprel günü inzibati cəza alıb, 2 sutka həbsdə olduğu üçün onun yenidən cinayət məsuliyyətinə cəlb edilməsi qeyri-qanunidir. Belə ki, qanunvericiliyə görə, bir şəxs eyni əmələ görə iki dəfə həbs edilə bilməz. Bu səbəbdən vəkil müttəhimin məhkəmə zalından azad edilməsi haqqında vəsatət qaldırıb. Lakin hakim vəsatəti təmin eləməyib.
Eyni zamanda prosesdə 5 zərərçəkmiş şəxs ifadə verib. Bununla belə, 2 təqsirləndirilən şəxs hazırkı mərhələdə ifadə verməkdən imtina edib.
Vəkil məhkəmə zamanı yenidən auido, video çəkilişlərə imkan verilmədiyini, eyni zamanda prosesi izləməyə gələnlərin sayının çox olmasına baxmayaraq, heç bir tədbir görülmədiyini vurğulayıb. Proses avqustun 22-də davam edəcək. (Turan)
Comment