0
Saturday 24 April 2021 - 23:26

"İraq dövlətinin xarici qüvvələrə ehtiyacı yoxdur"

Story Code : 929110
"İraq dövlətinin xarici qüvvələrə ehtiyacı yoxdur"
İraq Silahlı Qüvvələrinin komandanının sözçüsü general Yəhya Rəsul şənbə günü təşkil etdiyi mətbuat konfransında bildirib ki, İraqın istər Amerika, istərsə də Amerikadan başqa xarici ölkə qüvvələrinə ehtiyacı yoxdur.

Yəhya Rəsul deyib: “İŞİD təhlükəsi hələ də mövcuddur və hamımız birləşməliyik. İraqın milli təhlükəsizliyi bütün məsələlərdə ön plandadır. Bu gün qonşu ölkələr İraqın suverenliyinə hörmət etməlidir."

İraqlı rəsmi əlavə edib: "İraqın hərbi bazalarını, hərbi hissələrini hədəf almaq qanuna ziddir. Eyni zamanda Amerika qoşunlarının geri çəkilməsini istəyənlər də bu istəklərini dialoq yolu ilə tələb etməlidir."