0
Wednesday 28 April 2021 - 11:07

“ABŞ diplomatik böhranın həlli təklifimizi rədd etdi” - Lavrov

Story Code : 929658
“ABŞ diplomatik böhranın həlli təklifimizi rədd etdi” - Lavrov
“Qafqazinfo” xəbər verir ki, bunu “Sputnik”ə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Bu, təkcə bizə bağlı olsaydı, bəlkə də, çoxdan normal əlaqələrə qayıtmış olardıq. İlk və məncə, qətiliklə aydın və çətin olmayan addımdır.

Rusiyanın ABŞ-dakı diplomatların fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş tədbirləri sıfırladıq, hansı ki, bu tədbirlərə cavab olaraq biz də ABŞ-ın Rusiyadakı diplomatlarının fəaliyyətini məhdudlaşdırmışdıq”, - XİN rəhbəri bildirib.

O qeyd edib ki, ABŞ Prezidenti Co Bayden and içib vəzifəsinin icrasına başladıqdan sonra administrasiyasına bu təklifi ediblər:

“Bunu ABŞ dövlət katibi Entoni Blinkenə xatırlatdım. Təlqin etmədən. Sadəcə, normal işləyə bilməyimiz üçün ən aydın addımın prezidentlik vəzifəsindən ayrılmadan iki həftə öncə qapını çırparaq və hirsini çıxararaq, bütün Vyana sazişlərini tapdayaraq, Rusiya mülkiyyətinə əl qoyan və Rusiya diplomatlarını deportasiya edən Barak Obamanın başlatdığı hər şeyi sıfırlamaq olduğunu söylədim”.

Lavrov vurğulayıb ki, Baydenin andiçməsindən sonra Blinkenlə görüşü “xoşniyyətli, sakit və praqmatik” keçib:

“Diplomatik missiyaların fəaliyyətindən başlayaraq, strateji sabitliyə qədər bir çox mövzuda qarşılıqlı olaraq qəbulu mümkün anlaşmalar axtardığımızın başa düşülməsi şərti ilə əlaqələri yenidən başlatmağa hazır olduğumuzu qeyd etdim.

Sonra zəncirvari reaksiyalar başladı. Bu arada, biz uzun müddət səbr etdik. 2017-ci ilin yay aylarına qədər gözlədik.

Amma Tramp administrasiyası vəziyyəti normal məcraya qaytarmadı. Buna görə biz az-çox eyni şəkildə qarşılıq vermək məcburiyyətində qaldıq. Amma amerikalılar sakitləşmədi. Bayden administrasiyasının da bu yamacda sürüşməyə davam etdiyini görürük”.