0
Thursday 29 April 2021 - 12:21

Rusiya üçün SWIFT-i söndürə bilmərik - Borrell

Story Code : 929827
Rusiya üçün SWIFT-i söndürə bilmərik - Borrell
Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib. O, SWIFT-in özəl beynəlxalq təşkilat olduğunu bildirib.

Borrell, həmçinin “Şimal axını 2”-nin AB-nin enerji mənbələrinin diversifikasiyasına xidmət etmədiyini deyib:

“AB dövlətləri hər məsələdə birliklərini saxlamalıdırlar. Biz AB-nin vahid xarici siyasət xəttini yaratmağa çalışırıq. AB liderləri Brüsseldə bir şey deyib, öz paytaxtlarına qayıdan kimi başqa cür hərəkət etməməlidirlər”.