0
Monday 3 May 2021 - 10:18

Talibandan ABŞ-a xəbərdarlıq: “Əsgərlərin çıxışı gecikir, belə getsə..."

Story Code : 930445
Talibandan ABŞ-a xəbərdarlıq: “Əsgərlərin çıxışı gecikir, belə getsə..."
Teleqraf.com xəbər verir ki, Taliban ABŞ və NATO ordusunun Əfqanıstandan çıxma prosesinin gecikməsini Doha anlaşmasının pozulması kimi qiymətləndirərək Vaşinqtona qarşı bu addımı atıb.

Bəyan ediblər ki, ABŞ mayın 1-nə qədər Əfqanıstandan əsgərlərini çıxarmamaqla Doha razılaşmasını pozub. Anlaşmanın pozulmasının ABŞ tərəfindən həyata keçirilməsini xatırladılan açıqlamada bu halın Talibana müəyyən tədbirlər görməyə imkan verdiyi xatırladılıb. Qeyd edilib ki, Taliban bu mövzuda hərəkat liderlərinin qərarını gözləyir və buna uyğun addımlar atacaq.

Xatırladaq ki, Qətərin paytaxtı Dohada aylarla davam edən ABŞ-Taliban müzakirələrinin ardınca 2018-ci ildə razılaşma əldə olunub. Bu razılaşmaya görə, bütün xarici qüvvələr 2021-ci ilin mayın 1-nə qədər Əfqanıstanı tərk etməlidir.

ABŞ prezidenti Co Bayden Əfqanıstanda olan 2500 ABŞ əsgərinin 11 sentyabra qədər Əfqanıstandan çıxarılacağını bildirmişdi.