"Guardian" qəzetinin verdiyi məlumata görə, "National Endowment For Ddemocracy" birliyinin 53 ölkədə 50.000 insan arasında keçirdiyi qlobal sorğuya görə, dünya əhalisinin (sorğuda iştirak edənlərin) 44%-i ABŞ-ın ölkələrindəki demokratiya üçün bir təhdid olduğuna inanır. Halbuki rəsmi Vaşinqton özünü dünyada demokratiya qoruyucusu kimi qələmə verir və dünyaya demokratiya dərsi keçmək iddiasındadır.
Qərb Pekin və Moskvaya qarşı anti-təbliğat apararaq, bu iki ölkəni dünyaya təhdid kimi tanıtdırsa da, dünya əhalisi Çin və Rusiyanı dünya üçün ABŞ-dan daha təhlükəsiz hesab edir. Bu rəqəm Çin üçün 38%, Rusiya üçün 28% olub.
Həmçinin "daha demokratik" ölkələrdə dövlətin koronavirus pandemiyasına qarşı tədbirləri əhalinin 51 faizinin razılığına səbəb olub. Asiya ölkələrində isə dövlətin tədbirlərindən razı olan əhalinin nisbəti 76 faiz təşkil edib.