0
Monday 10 May 2021 - 15:42

Qızlar məktəbi önündəki partlayışda ölənlərin sayı 85 nəfərə çatdı

Story Code : 931851
Qızlar məktəbi önündəki partlayışda ölənlərin sayı 85 nəfərə çatdı
İŞİD terrorçularının Əfqanıstanın paytaxtı Kabil şəhərində Seyyidüş-Şühəda qızlar məktəbi önündə törətdiyi partlayış zamanı şəhid olanların sayı 85 nəfərə yüksəlib.

Əfqanıstan prezidentinin mətbuat xidmətinin əməkdaşı Daneş Hidayət bu haqda məlumat verərək deyib: "Kabildəki "Seyyidüş-Şühəda" qızlar məktəbinin qarşısında baş verən partlayışda həlak olanların sayı 85 nəfərə çatıb, 147 yaralı var."

Qeyd edək ki, şənbə günü Kabildəki "Yeni Qala" bölgəsində yerləşən qızlar məktəbi qarşısında bomba yüklü bir avtomobil partladıldıqdan sonra şagirdlər dəhşət içində məktəbdən çölə çıxıb. Bu zaman daha iki partlayış törədilib və günahsız azyaşlı qızlar qətliam edilib.

Daha çox şiə məzhəbindən olan Əfqanıstan sakinlərinin yerləşdiyi bu bölgədə İŞİD terror qruplaşması daha öncələr də terror əməliyyatları həyata keçirib.