0
Tuesday 11 May 2021 - 12:01

Qaniçən İsrail doqquz körpəni qətlə yetirdi

Story Code : 931998
Qaniçən İsrail doqquz körpəni qətlə yetirdi
SalamNews Fələstinin Media Mərkəzinin saytı – Palinfo.com-a istinadla xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyi açıqlama verib.

Bildirilib ki, işğalçı İsrailin təcavüzü nəticəsində doqquzu uşaq olmaqla ölənlərin sayı 25-ə çatıb.

Bu hücumlarda yaralananların sayı 103 nəfər təşkil edir.

Qeyd edək ki, Fələstinli hərəkatlar bu gün səhər aviazərbələrə cavab olaraq, İsrailin Aşkelon şəhərini onlarla raketlə hədəfə alıblar.

Fələstinli hərəkatlar ötən gecə əl-Əqsa məscidinə hücuma cavab olaraq İsrailə 100-dən çox raket atmışdılar. Həmçinin hərəkatlar Qəzza ilə sərhəddə iki hərbi maşını vuraraq sıradan çıxarıblar.

Məlumata görə hazırda İsrail baş naziri Benyamin Netanyahunun və ordu generallarının iştirakı ilə bağlı qapılar arxasında toplantı keçirilir. Müdafiə naziri Beni Qants bu toplantıda Qəzzaya hava zərbələrinin davam etdirilməsini istəyib.

Eyni zamanda HƏMAS bəyanat yayaraq, “zərbəyə zərbə ilə qarşılıq vermək” haqqını özündə gördüyünü bildirib və qarşı tərəfə xəbərdarlıq edib.