0
Tuesday 11 May 2021 - 14:09

Yəmən düşmənin hərbi obyektlərini raket və PUA ilə vurdu

Story Code : 932021
Yəmən düşmənin hərbi obyektlərini raket və PUA ilə vurdu
Deyerler.org Alkhabaralyemeni-yə istinadən xəbər verir ki, raket hücumu əsgərlər bazanın içərisinə toplaşaraq münaqişə bölgələrinə göndərilməyə hazır olduqları vaxt baş verib. Hücumda bir neçə komandir daxil olmaqla onlarla əsgər ölüb.

Yerli mənbələr, Məarib şəhərindəki Əlahiəh Xəstəxanasının fövqəladə vəziyyət elan etdiyini və bütün həkimləri və tibb işçilərini çoxlu sayda yaralı və ölü qəbul etmək üçün dərhal xəstəxanaya gəlməyə çağırıb.

Bu arada, Yəmən Silahlı Qüvvələri PUA birliyi Səudiyyə rejiminin Əbha hava limanındakı hərbi sahələri hədəfə alan yeni hərbi əməliyyat həyata keçirib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Tvitter üzərindən verdiyi açıqlamasında sözügedən əməliyyatın Qasif 2 K PUA-sı ilə həyata keçirildiyini bildirib: “Əməliyyat mühüm hərbi obyekti hədəfə aldı və müvəffəq oldu. Əməliyyat Səudiyyə rejiminin koalisiyasının hücumlarının davam etməsinə və Yəmənə qarşı blokadasının davam etməsinə təbii və qanuni cavabımızdır”.