0
Saturday 15 May 2021 - 23:26

İsraillilər sionist rejim hakimiyyətinə "müharibəni dayandır" dedi!

Story Code : 932733
İsraillilər sionist rejim hakimiyyətinə "müharibəni dayandır" dedi!
KİV-in verdiyi məlumata görə, onlarla israilli Həmasla atəşkəs tələbi ilə Təl-Əvivdə aksiya keçirib. Nümayişçilər əllərində "Döyüşü dayandırın" lövhələri daşıyıblar.

İşğal olunmuş Qüdsdə bir anti-sionist qrup da ötən çərşənbə günü İsrail hakimiyyətinə etiraz səsini ucaldıb. Natura Karta qrupu HƏMAS və İslami Cihadın haqlı olduğunu bildirərək nümayiş keçirib. Natura Karta, 1935-ci ildə təsis edilmiş anti-sionist ortodoksal yəhudi azlığıdır.

Bu qrup Sionizmə Qarşı Yəhudi İttifaqı adı ilə də məşhurdur. Qrup hazırkı işğalçı İsrail rejiminin devrilməsini istəyir. Bu qrupa üzvü olan minlərlə yəhudi Sionizmin "həqiqi yəhudiləri" təhdid edən bir zəhər olduğuna inanır.