0
Sunday 16 May 2021 - 00:02

İşğalçı İsrail Qəzzada Əlcəzirə və Associated Press -in ofisinin olduğu binanı vurdu

Story Code : 932740
İşğalçı İsrail Qəzzada Əlcəzirə və Associated Press -in ofisinin olduğu binanı vurdu
SalamNews Euronews-a istinadla xəbər verir ki, işğalçı İsrail bu gün ilk xəbərdarlıq atəşindən az sonra “əl-Cəla Plaza” adlı KİV-lərin yerləşdiyi binanı vurub.

Burada Əlcəzirə və Associated-Press kimi mötəbər xarici KİV-lərin nümayəndəlikləri yerləşir.

Bu addım İsrailin son altı gündə üçüncü addımıdır. İsrail bundan öncə Qəzzanın mərkəzində KİV nümayəndəliklərinin yerləşdiyi “əş-Şuruq” adlı 14 mərtəbəli binanı və “əl-Cəuhərə” adlı 13 mərtəbəli binanı hədəf alıb.