Beynəlxalq Amnistiya Təşkilatı İstail qüvvələrinin hücumları nəticəsində Qəzzada ölənlərin sayının artmasından narahat olduqlarını və mülki şəxslərə qarşı birbaşa hücumların müharibə cinayətləri olduğunu bildirib.
İngiltərədə yerləşən təşkilatdan verilən açıqlamada "55-i uşaq olmaqla, 188 nəfərin öldüyü Qəzzada ölüm sayının artması bizi çox narahat edir. Beynəlxalq Cinayət Məhkəməsi İsrailin əş-Şəti qaçqın düşərgəsinə şənbə günü 2 qadın və 8 uşağın ölümünə səbəb olan hücumunu araşdırmalıdır. Dinc əhaliyə birbaşa hücumlar müharibə cinayətləridir", - ifadələrinə yer verilib. /Eastnews/