0
Monday 24 May 2021 - 19:09

Pakistan rəhbəri: “Sionistlərin cinayətləri barədə dünya ictimaiyyətində fikir dəyişir”

Story Code : 934310
Pakistan rəhbəri: “Sionistlərin cinayətləri barədə dünya ictimaiyyətində fikir dəyişir”
İmran Xan sionist rejimin təcavüzünə qarşı Fələstin xalqı ilə həmrəyliyni bildirmək üçün video müraciətində bunları deyib: “Sosial media ictimai rəyin formalaşmasında təqdirəlayiq rol oynadı və indi Qərb ölkələrindən fələstinlilərin lehinə səslər eşidilir.

Dünya ictimaiyyətinin fikri dəyişir və Qərbdən ilk dəfə səslər eşidilir. Qəzetləri və mediaları sionist vəhşiliklərini tənqid etdi və bəzi siyasətçilər onlara qarşı çıxdı. Bunun ABŞ-da və Qərbdə olacağını heç düşünməmişdim.

Dünyada ictimai fikir dəyişikliyinin əsas səbəbi medianın və sosial şəbəkələrin roludur, çünki senzuraya məruz qalan məlumatlar bu ölkələrin əsas mediyasında dərc olunur”. /Deyerler/