0
Monday 24 May 2021 - 21:41

İranın sabiq müdafiə naziri prezidentliyə namizədliyini geri götürüb

Story Code : 934318
İranın sabiq müdafiə naziri prezidentliyə namizədliyini geri götürüb
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə H.Dehqan bəyanatında açıqlayıb.

O, müxtəlif partiya və qruplardan yetərincə səlahiyyətli şəxsin namizədliyimi irəli sürdüyünü və onun iştirakına ehtiyac qalmadığını bəyan edərək prezidentliyə namizəd Məhkəmə Sisteminin sədri İbrahim Rəisinin xeyrinə namizədliyini geri götürdüyünü bildirib.

Qeyd edək ki, İran Konstitusiyasına Nəzarət Şurası artıq bir neçə gündür ki, namizədliyi qeydiyyata alınanlarla bağlı araşdırmaya başlayıb. Şura may ayının 26-da səlahiyyəti təsdiq olunmuş şəxslərin adlarını elan edəcək. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.