0
Wednesday 26 May 2021 - 21:03

Bəşər Əsəd: Suriya xalqı terrorizm qarşısında birlik olaraq dayanıb

Story Code : 934700
Bəşər Əsəd: Suriya xalqı terrorizm qarşısında birlik olaraq dayanıb
Bu gün Suriyada keçirilən prezident seçkilərinə 3 namizəddən (Bəşər Əsəd, Abdullah Sallum Abdullah və Mahmud Əhməd Murai) biri olan son prezident Bəşar Əsəd seçim qutusu başında jurnalistlərə bildirib ki, Suriya xalqı terrorizm qarşısında birlik olaraq dayanıb və terrorçuların cavabını verib. Bəşar Əsəd bəzi Qərb ölkələrinin Suriyadakı seçkiləri legitim saymamasının önəmli olmadığını qeyd edib. O deyib ki, əsas olan Suriya xalqının iradəsidir.

Qeyd edək ki, Suriyada seçkilər yerli vaxtla səhər saat 7:00-dan etibarən başlayıb. Bəşar Əsəd həyat yoldaşı Əsma Əsədlə birlikdə Duma şəhərindəki səsvermə məntəqəsinə gəlib. O burada sakinləri Duma şəhərinin terrorçulardan azad edilməsi münasibəti ilə təbrik edib. Bəşar Əsəd deyib ki, bu gün onun bu şəhərə səfər edərək, seçkilərdə iştirak etməsinin mesajı budur ki, Suriyada heç bir şəhər, heç bir mənətəqə digərinə qarşı mövqe tutmayıb. Bu gün bütün Suriya birdir.