0
Monday 31 May 2021 - 09:35

Bayden-Putin görüşü möcüzəvi olmayacaq - İran nəşri

Story Code : 935488
Bayden-Putin görüşü möcüzəvi olmayacaq - İran nəşri
Vaşinqtonun bütün ittihamlarından sonra Moskvanın şübhəsiz ki, hansısa cavab addımları atmağa mənəvi haqqı var idi. Rusiya Prezidenti Vladimir Putin xüsusi sərəncamla hökumətə Rusiyaya qarşı "dost olmayan" ölkələrin siyahısının hazırlanmasını tapşırması belə addımlardan biridir. Həmin siyahının birincisi artıq özünü bəlli edib.

Axar.az xəbər verir ki, bu barədə İranın "Axarin Xabar" qəzeti məqalə dərc edib.

"Putinlə Baydenin gələn ay baş tutacaq görüşü möcüzəvi olmacayaq. Beynəlxalq ictimaiyyət görüşün nəticələrini deyil, iki fövqəldövlətin liderlərini yanaşı görmək istəyir. Əsas məqam həmin mənzərəni izləmiş olmaqdır. Üstəlik, hər iki tərəfin başa düşdüyünə görə, görüşün yekunlarına dair mətbuat konfransı da çətin ki, baş tutsun", - məqalədə vurğulanır.